ABŞ-da kater qəzası - 17 nəfər öldü - VİDEO
    • 21-07-2018, 10:23
    • 1 014

ABŞ-da kater qəzası - 17 nəfər öldü - VİDEO

ABŞ-ın Missuri ştatında yerləşən Teybl-Rok gölündə gəzinti katerinin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb.

News24.az-ın “RİA Novosti” agentliyinə istinadən xəbərinə görə, qəzaya səbəb göldə tüğyan edən güclü qasırğa olub.  
 
Məlumata görə, 7 nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.  
 
Bundan əvvəl qayıqda uşaqlar da daxil olmaqla, ümumilikdə, 31 nəfərin olduğu bildirilib. Qasırğa zamanı küləyin sürəti saatda 100 km təşkil edib.