Almaniyadakı azərbaycanlılardan İran hakimiyyətinə istefa tələbi
    • 17-12-2022, 20:27
    • 229

Almaniyadakı azərbaycanlılardan İran hakimiyyətinə istefa tələbi

Almaniyada yaşayan azərbaycanlılar İrandakı hakimiyyətin istefası tələbi ilə etiraz aksiyası keçiriblər.

News24.az "Report"a istinadla xəbər verir ki, aksiya paytaxt Berlindəki tarixi “Brandenburq qapıları” önündə baş tutub.

Etiraz aksiyasına Berlin və ətraf şəhərlərdə yaşayan həmvətənlərimiz qatılıblar. Onlar İrandakı hakimiyyətin qadınların hüquq və azadlıqlarını boğmasına yönəlik addımlarını pisləyərək istefa tələb ediblər.

Çıxışçılar İranın Azərbaycana qarşı Ermənistan ordusunu silahlandırmasına da diqqət çəkərək, beynəlxalq ictimaiyyətin bu məsələyə reaksiya verməsinin vacibliyini vurğulayıblar.

Aksiyada “Bu torpaqda, bu eldə, qalmaz bu qanlar yerdə”, “Bura Azərbaycandır, bir qana yüz bir qandır” kimi şüarlar səsləndirilib.

“Almaniyadakı Azərbaycan İcması”nın təşkilatçılığı ilə keçirilən aksiya zamanı Berlin polisi ərazidə təhlükəsizlik tədbiləri görüb.