Hər kəs bu görüntüdən danışır: Messidən Nüsrətə hörmətsizlik - VİDEO
    • 19-12-2022, 15:32
    • 9 654

Hər kəs bu görüntüdən danışır: Messidən Nüsrətə hörmətsizlik - VİDEO

Xəbər verdiyimiz kimi, Qətərin ev sahibliyi etdiyi 2022 FIFA Dünya Çempionatının final matçında Argentina və Fransa milliləri Lusail stadionunda üz-üzə gəlib. Argentina Fransanı penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edərək dünya çempionu olub.

News24.az
xəbər verir ki, Dünya Çempionatından sonra Messinin Nusretə münasibəti sosial mediada gündəm olub.

Belə ki, dünyaca məşhur restoran sahibi Nusret Gökçe matçın sonunda Argentinanın ulduzu Messinin yanına gedib. Lakin Messi Nusretin bütün cəhdlərinə baxmayaraq, onunla yaxınlaşmayıb.

Messi arxasını çevirərək meydanı tərk edib.

Həmin görüntüləri təqdim edirik: