Yüzlərlə erməni Bakıya zəng VURDU
    • 19-12-2022, 18:23
    • 415

Yüzlərlə erməni Bakıya zəng VURDU

Qarabağda yaşayan ermənilər üçün yaradılan "qaynar xətt"ə indiyə qədər təxminən 150 zəng daxil olub.
 
News24.az xəbər verir ki, bunu  Dilarə Əliyeva adına Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi"-nin rəhbəri Dilarə Əfəndiyeva deyib.
 
""Qaynar xətt" yaranandan bəri təkcə mənə 150 zəng gəlib, təxminən eyni sayda zəng "qaynar xətt"ə gəlib. "Qaynar xətt"ə daxil olan zənglər əsasən Laçın yolunun bağlanması ilə bağlı olur. Zəng edən ermənilər məsələ ilə bağlı bizim məqsəd və məramımızı öyrənməyə çalışırlar. Həmin şəxslərə izah edirik ki, yolu biz bağlamamışıq, eləcə də digər sualları cavablandırmışıq. Bizə zəng edən şəxslər adlarını açıqlamaqdan və özləri barədə dəqiq məlumat verməkdən qorxduqlarını bildirirlər. Onu da qeyd edim ki, bizə soydaşlarımız da zəng edirlər", - mərkəzin rəhbəri vurğulayıb.
 
D.Əfəndiyevanın sözlərinə görə, Ermənistan tərəfi "qaynar xətt"i bloklamağa çalışır: "Ermənistan sözügedən "qaynar xətti" bloklamaq istəyir. İnsanları hədələyirlər. Çalışırlar ki, Qarabağdakı ermənilər bizimlə əlaqə saxlamasınlar".
 
Qeyd edək ki, dekabrın 16-da Azərbaycanda Qarabağ erməniləri üçün “qaynar xətt” yaradılıb. Belə təşəbbüslə Dilarə Əliyeva adına Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi"nin rəhbəri Dilarə Əfəndiyeva çıxış edib. Qarabağ bölgəsindən "qaynar xətt"ə müraciət edənlərin məxfiliyinə tam zəmanət verilib. /modern.az