"Bizimkilər namus aşılamaqdan bezmədilər"
    • 20-12-2022, 14:07
    • 241

"Bizimkilər namus aşılamaqdan bezmədilər"

Aparıcı Ülvira Qarayeva sosial şəbəkədə türkiyəli cütlük Kadir Doğulu ilə Neslihan Atagülə yazılan tənqidi şərhlərə reaksiya verib.

News24.az xəbər verir ki, o, aktrisanın açıq geyimini tənqid edənlərə bunları yazıb:

"Yutubda Neslihan Atagülün əri ilə birlikdə bir tədbirə qatılması videosu yayımlanıb. Bizimkilər doluşdu altına, dirəşiblər ki, bu qız niyə belə açıq geyinir, yerinə utanırıq, əri hara baxır və sair... Türkiyədən istifadəçilər "Sənə nə" yazmaqdan bezdi, bizimkilər namus aşılamaqdan bezmədi.
Ən rahatı bizimkilər namus kursları açsın, dünyaya 1, 3, 5 dərs keçsin"./ axşam.az