Sılanın yeni sevgilisi aşpazdır - FOTOLAR
    • 17-01-2019, 12:40
    • 787

Sılanın yeni sevgilisi aşpazdır - FOTOLAR

Bir müddət əvvəl sevgilisi Ahmet Kural tərəfindən döyüldüyünü iddia edən və ondan qalmaqallı şəkildə ayrılan türkiyəli məşhur müğənni Sıladan yeni xəbər var. 

News24.az  xəbər verir ki, ifaçı İstanbulun Beşiktaş bölgəsində "MasterChef" verilişi ilə tanınan Hazer Amani ilə görüntülənib. 

Avtomobilin içində sarmaş-dolaş olan cütlük fotoqrafların onların şəklini çəkməsinə əhəmiyyət verməyərək, Sılanın Nişantaşındakı evinə yollanıb. 

Ayaq üstə dayana bilməyən Sılaya binanın mühafizəçisi və H.Amani kömək edib. 

Teymur MƏMMƏDOV