-
- 20-12-2022, 18:58
- 221
Türkiyə vətəndaşı Bakıda tikintidə yıxılaraq öldü
Dekabrın 20-i saat 15 radələrində Yasamal rayonu, H.B.Zərdabi prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında fəhlə işləyən Türkiyə Respublikasının vətəndaşı Yusuf Yıldızın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yasamal rayon prokurorluğundan News24.az -a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, Yusuf Yıldız binanın 2-ci mərtəbəsində aparılan təmir-tikinti işləri zamanı yıxılıb və nəticədə almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.