-
- 21-12-2022, 16:31
- 364
Rusiyalı ekspertlər niyə Azərbaycana KİN QUSUR? - Şərh
“Kremlə yaxın rusiyalı ekspertlər adətən Qazaxıstanı bu cümlə ilə hədələyirlər: “Ukrayna ilə məsələni bitirək Qazaxıstana keçəcəyik”. İndi cümlədə Qazaxıstanı Azərbaycanla əvəz etməyə başlayıblar. Azərbaycanı hədələyən Mixail Aleksandrov haqqında cinayət işi açdıq, beynəlxalq axtarışa verdik, ancaq o tək deyil, hər gün yeni “ardıcılları” peyda olur. Kremlin ruporlarından biri Satanovskinin internetdə Azərbaycana qarşı aşağılayıcı çıxışını izlədim. Ölkəmizə qarşı növbəti dəfə sistemli psixoloji savaşa başlayıblar”.
News24.az xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq Turan Rzayev saytımıza açıqlamasında məsələyə münasibət bildirib.
O qeyd edib ki, bu tip siyasətçilər, ekspertlər Rusiyada hər zaman olub: “Onların “ağsaqqalları” Jirinovskidir. Həmin şəxsləri Kremlin oyuncaqları da hesab etmək olar. Bu şəxslərin ifadələri birbaşa Kremldən gələn tapşırıqlar əsasında tərtib edilir. Bu mənada onların fikirlərini Rusiyanın sətiraltı təhdidləri kimi də qiymətləndirə bilərik. Dövlətlərarası münasibətlərdə ölkələr bir-birlərinə qarşı nifrət və müharibə ritorikasından ən son həddə istifadə edirlər. Narazı qaldıqları məqamlarda isə bu tip şəxslər vasitəsilə açıqlamalar verməkdə maraqlı olurlar”.
Politoloq əlavə edib ki, rəsmi şəxslərin açıqlamaları olmadığı üçün Azərbaycan tərəfi Rusiyaya nota verə bilmir. Amma yenə də müəyyə tədbirlər görüb, adekvat tezislərlə cavablar verməliyik: “Bu istiqamətdə Azərbaycanda beyin mərkəzlərinin sayını artırmaq lazımdır. Ekspertlərin resursları və xarici ölkələrə çıxış imkanları genişləndirilməlidir. Azərbaycanda istər rusiyalı, istərsə də iranlı ekspertlərə qarşı layiqli cavab verəcək kifayət qədər ekspert var.
Rusiyanın bizə qarşı aqressiyası həmişə olub. Xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra bu aqressiyanın dərəcəsi artdı. Rusiya Ukrayna ilə müharibədə məğlubiyyətə düçar olub geri çəkilməsi fonunda ətraf ölkələrdə daxili auditoriyanı aktiv saxlamaq üçün bu cür aqressiv variantlara əl atır. Yəni, süni gərginlik cəhdləri daxili auditoriyaya hesablanıb. Azərbaycanın Qərblə yaxınlaşması, Qarabağla bağlı prosesi Brüssel formatında həll etməyə çalışması Rusiyanı qıcıqlandıran digər səbəblərdən biridir”.