Prezident onu Naxçıvana səlahiyyətli nümayəndə TƏYİN ETDİ
    • 22-12-2022, 16:19
    • 273

Prezident onu Naxçıvana səlahiyyətli nümayəndə TƏYİN ETDİ

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

News24.az xəbər verir ki, Sərəncamla Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.