Anar sabiq nazirdən danışdı: “Arzum budur ki, artıq PUL TAPILSIN...”
    • 23-12-2022, 12:51
    • 366

Anar sabiq nazirdən danışdı: “Arzum budur ki, artıq PUL TAPILSIN...”

Xəbər verdiyimiz kimi, Anar Kərimov mədəniyyət naziri vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sabiq nazirin qısamüddətli fəaliyyəti və qərarın mahiyyəti ilə bağlı Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin fikirlərini öyrəndik. 

O, News24.az-a açıqlamasında bildirib ki, ölkə başçısının qərarları hər zaman doğru olub: “Hər halda bir əsası var ki, belə qərar qəbul edib. Çox istərdim ki, yeni nazir mədəniyyətə daha çox fikir versin, yaradıcılıq təşkilatları ilə əlaqə yaratsın, bizim dərdimizi-sərimizi bilsin. Bir də arzum budur ki, artıq mənim senarilərim əsasında filmlər çəkilməsinə pul tapılsın”.