-
- 18-01-2019, 10:26
- 841
Küləyə görə metronun “Elmlər Akademiyası” stansiyasının çıxışı bağlanıb
“Bakı Metropoliteni” QCS-nin “Elmlər Akademiyası” stansiyasının əsas çıxışı bağlanıb.
Bunu açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, əsas çıxışın bağlanması sərnişinlərin təhlükəsiz giriş-çıxışını təmin etmək üçündür:
“Güclü küləklə bağlı iki gündür sərnişinlərin giriş-çıxışı çətin olurdu. Hər iki tərəf açıq olduğundan giriş-çıxışlarda güclü şimal küləyi təhlükə yaradırdı. Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün külək azalana qədər və stansiyada sərnişin axınının az olmasını nəzərə alaraq əsas çıxış bağlanıb.
Hazırda əsas girişin qapısı iki hissəli şəkildə açılıb və sərnişinlər əsas girişin bir hissəsindən istifadə edərək metrodan çıxırlar”.
B.Məmmədov onu da qeyd edib ki, mövcud hava şəraiti ilə əlaqədar ciddi nəzarət var:
“Təhsil müəssisələrində tədris prosesi dayandırıldığından, hələlik sərnişin sıxlığı müşahidə edilmir. Əgər sərnişin sıxlığı müşahidə edilərsə, əsas çıxış yenidən açılacaq”.
//OxuAz