Fərhad Bədəlbəylinin 75 illik yubileyi münasibətilə konsert keçirildi - FOTO
    • 23-12-2022, 19:32
    • 355

Fərhad Bədəlbəylinin 75 illik yubileyi münasibətilə konsert keçirildi - FOTO

Azərbaycan Dövlət Akademik Filarmoniyasında SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, “Şöhrət” və “İstiqlal” ordenli pianoçu Fərhad Bədəlbəylinin 75 illik yubileyi münasibətilə konsert tədbiri keçirilib.

Tədbirdə dövlət və hökumət nümayəndələri, Xalq artistinin sənət dostları və bir sıra ictimaiyyət nümayəndələri iştirak edib.

Konsert tədbirində Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə SSRİ Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Respublikasının Xalq artisti Murad Adıgözəlzadənin rəngarəng konsert proqramı təqdim olunub. /APA/