“Vasif Talıbovdan sonra idarəetmə normal olacaq, naxçıvanlılar geri dönəcək” - DEPUTAT
    • 26-12-2022, 17:25
    • 392

“Vasif Talıbovdan sonra idarəetmə normal olacaq, naxçıvanlılar geri dönəcək” - DEPUTAT

“Vasif Talıbovdan sonra idarəetmə normal olacaq. Radikal qərarlar yumşaldılacaq, insanların mülkiyyət toxunulmazlığına problem yaradılmayacaq. Ancaq insanların yeni idarəetmədən razı olub-olmadıqlarını təyin olunan şəxslərin fəaliyyəti sübut edəcək. Hər halda ölkə başçısı bu istiqamətdə öz iradəsini ortaya qoydu. Prezident Naxçıvan camaatı üçün daha məqbul idarəetmənin anonsunu verdi”. 

Bunu News24.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

O bildirib ki, Vasif Talıbovun dövründə sərt idarəetmə hökm sürürdü: “İnsanları məcburi şəkildə iməciliklərə cəlb edib, fəaliyyətlərinə qarışırdılar. Neqativ nüans çox idi. Əhalinin əksəriyyəti Naxçıvanı tərk etmişdi. Artıq yeni dövrdən etibarən naxçıvanlılar öz şəhərlərinə qayıdacaqlar”.