-
- 27-12-2022, 11:15
- 193
Balakəndə ağacların kəsilməsinə görə cinayət işi açıldı
Balakən rayonunun Qazma və Katex kəndləri ərazilərində qovaq, qızılağac və yalanqoz ağaclarının kəsilməsi barədə polisə məlumatlar daxil olub.
DİN-dən News24.az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla Qazma kənd sakini Kamal Xəlilovun kənd ərazisində 4 ədəd qovaq ağacını, Katex kənd sakini Musa Musayevin isə kənd ərazisində 12 ədəd qovaq, qızılağac və yalanqoz ağaclarını kəsməklə təbiətə ümumilikdə 15.680 manat məbləğində ziyan vurmaları müəyyən olunub.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırma aparılır.