Prezident Bakıda 5 saylı DOST Mərkəzinin açılışında iştirak etdi
    • 28-12-2022, 10:45
    • 217

Prezident Bakıda 5 saylı DOST Mərkəzinin açılışında iştirak etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Xətai rayonunda yerləşən 5 saylı DOST Mərkəzinin açılışında iştirak edib.

News24.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verib.