İranda həyatını itirən etirazçıların sayı 476-ya yüksəlib
    • 28-12-2022, 11:02
    • 211

İranda həyatını itirən etirazçıların sayı 476-ya yüksəlib

İran İnsan Haqları Təşkilatı İranda nümayişlərdə həyatını itirənlərin sayının 476-ya yüksəldiyini açıqlayıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, dərc edilən hesabatda həyatını itirən nümayişçilərdən 34-nün qadın, 64-nün isə 18 yaşdan kiçik olduğu bildirilib.

Ölkənin 31 əyalətindən ən çox itki Sistan-Bəlucistan əyalətində baş verib.

Qumral ƏLİYEVA