Diplomatik danışsam gərək özümü tərcümə edim - Elmar Məmmədyarov-VİDEO
    • 29-12-2022, 01:50
    • 414

Diplomatik danışsam gərək özümü tərcümə edim - Elmar Məmmədyarov-VİDEO

Sabiq Xarici İşlər naziri Elmar Məmmədyarov yeni kitab üzərində işləyir.

News24.az  xəbər verir ki, sabiq nazir bu barədə APA TV-yə müsahibəsində bildirib.

"Yazi-pozu işləri ilə məşğulam. Artıq belə qərara gəlmişəm ki, kitab yazıb nəşr etdirim. İstəyirəm, 17 il nazir olduğum dövrdə yazdığım bütün məqalələrim, müsahibələrim o kitabda dərc olunsun. Hesablamışam, 3000 səhifə edir. Bu, bir neçə cild kitablıq materialdır. Amma qısaldacam, 700 səhifəlik bir kitab olacaq", - E.Məmmədyarov deyib.

Sabiq nazir Laçın yolunda iki həftədən çoxdur davam edən aksiyalara da öz münasibətini bildirib: “Mən təklif edirəm ki, Laçın yolunda Azərbaycanın sərhədçi, gömrük və fitosanitar postları qurulsun. Rus sülhməramlıları oradakı təhlükəsizliyi qorumaqla məşğuldurlar. Bu o demək deyil ki, onlar bizim torpaqlarımızı zəbt etsinlər. Bütün o torpaqlar Azərbaycan suverenliyinin altındadır”.

E.Məmmədyarov Zəngəzur dəhlizinin açılacağına da şübhə etmədiyini bildirib: "Bu yolların açılmasında bütün dövlətlər - Rusiya, Türkiyə, Gürcüstan, İran və Orta Asiyaya belə maraqlıdır”.