Ticarət obyektlərində vətəndaşların aldadılması ilə bağlı...
    • 29-12-2022, 11:13
    • 148

Ticarət obyektlərində vətəndaşların aldadılması ilə bağlı...

Son dövrlərdə ticarət obyektlərində vətəndaşların hesabda aldadılması halları ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə olan şikayətlərin sayında artım müşahidə olunur.

Dövlət Xidmətindən News24.az-a verilən məlumata görə, cari ildə Dövlət Xidmətinə hesabda aldadılma halı ilə bağlı ümumilikdə 67 müraciət daxil olub ki, bu da ötən illə müqayisədə 36,7% çoxdur.

“Daxil olmuş şikayətlər əsasında 10 sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub”, - məlumatda qeyd olunur.