Dalğanın hündürlüyü 3.7 metrə çatdı - FAKTİKİ HAVA
    • 29-12-2022, 17:46
    • 231

Dalğanın hündürlüyü 3.7 metrə çatdı - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 29-u saat 17:00-a olan məlumatına əsasən Altıağac, Qrız, Quba, Qusarda qar, Kürdəmir, Şabranda yağış yağır.

Xidmətdən News24.az-a verilən xəbərə görə, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23-28 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrə çatıb.

Küləkli hava şəraiti dekabrın 29-u gecəyə doğru tədricən mülayimləşəcək.

Dekabrın 30-u və bayram günlərində: dekabrın 31-i, 2023-cü il yanvarın 01-04 tarixlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.