Rusiyanın xalq artisti koronavirusdan vəfat edib
    • 29-12-2022, 19:36
    • 400

Rusiyanın xalq artisti koronavirusdan vəfat edib

Rusiya Federasiyasının xalq artisti, Dövlət Mükafatları laureatı, bəstəkar Eduard Artemyev 85 yaşında vəfat edib.

News24.az xəbər verir ki, bu barədə onun oğlu məlumat verib. Bəstəkarın koronavirusdan vəfat etdiyi bildirilir.

Qeyd edək ki, onlarla məşhur sovet filmlərinin musiqisini bəstələyən Eduard Artemyev daha çox Andrey Tarkovskinin "Stalker" filminə yazdığı musiqi ilə yadda qalıb. O, bu bəstədə Azərbaycanın “Bayatı-şiraz” muğamından istifadə edib.

Məşhur bəstəkar dünya kinosunda Andrey Tarkovski ilə yanaşı, Andron Konçalovski və Nikita Mixalkovun filmlərinə də musiqi bəstələyib.