Sabahdan 5 günlük bayram tətili başlayır
    • 30-12-2022, 09:52
    • 196

Sabahdan 5 günlük bayram tətili başlayır

Sabahdan Azərbaycanda bayram tətili başlayır.

News24.az xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə ardıcıl 5 gün iş olmayacaq.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1-2 Yanvar Yeni illə bağlı bayram günləri elan edilib. Azərbaycanda bayram günləri və tətil Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Müvafiq olaraq, 2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən qanunvericiliyə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq.

Bu hesabla,Yeni il bayramında ardıcıl 5 gün qeyri-iş günü olacaq.