“Fatimə kimdir ki, mənim düşmənim ola?” – Nazilə
    • 30-12-2022, 16:35
    • 434

“Fatimə kimdir ki, mənim düşmənim ola?” – Nazilə

"Evdən brilyantlarımı oğurladılar. Ona görə daha maddi nəsə itirməkdən qorxmuram. Məni yaxın insanları itirmək üzər. 2022-ci ildə iki yaxın dostumu itirdim. Biri iş adamı, biri bağban idi". 

Bu sözləri News24.az-a açıqlamasında şairə Nazilə Səfərli deyib. Şairə bildirib ki, itkilərə rəğmən, ötən il onun üçün uğurları ilə də yadda qalıb. 

"Yeni ildə küsülü olduqlarınızla barışmağı düşünürsüzmü" sualındasa o, rəqqasə Fatimə ilə barışmaq istəmədiyini bildirib:
“Fatimə kimdir ki, mənim düşmənim ola? Düşmən dediyinin silah-sursatı, davası olar. Mən Fatiməylə niyə düşmən olum ki? Dilindən çıxan ifadənin ya üzrünü, ya da isbatını istəmişəm. Başqa niyə düşmən olum ki? Sadəcə, məsafə saxlayıram. Danışdı, gördüm onu. Fatiməni danışdırmamaq yaxşıdır, o elə oynasın. Onunku bədən dilidir .Dilini ancaq yemək üçün istifadə etsin”.

Könül İBRAHİM