Gəncədə yaşayış evində yanğın olub
    • 30-12-2022, 20:43
    • 197

Gəncədə yaşayış evində yanğın olub

Gəncə şəhərinin Məhsəti qəsəbəsində yaşayış evində yanğın olub.

Yanğın Gəncə şəhər sakini, R.Əliyeveva məxsus evdə qeydə alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

FHN-nin məlumatına görə, ümumi sahəsi 220 m² olan kürsülü, ikimərtəbəli evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./Report/