Tarixçi açıqladı: "Bizə niyə “qılınc müsəlmanı” deyirlər?"
    • 19-01-2019, 11:20
    • 5 718

Tarixçi açıqladı: "Bizə niyə “qılınc müsəlmanı” deyirlər?"

Hər biriniz “qılınc müsəlmanı” ifadəsini eşitmisiz. deyildiyini eşitmisiz. Niyə bizə qılınc müsəlmanı deyirlər?

Bu ifadənin tarixi ilə bağlıtarixçi-alim Əkbər Nəcəf maraqlı açıqlama verib.
Sosial şəbəkədə buna aydınlıq gətirən alim yazır:
"Qılınc müsəlman" adının ortaya çıxmasının səbəbkarı Xarəzmşah Cəlaləddin Manqburnu olub. Belə ki, Xarəzmşah Cəlaləddin monqollar qarşısında məğlub olduqdan sonra 1225-ci ildə Azərbaycana gəlib yerləşdi. Həmin vaxt qıpçaqların əlində olan Tiflisə hücum etdi. Abxaz-qıpçaq ordularını məğlub edib, Tiflisi ələ keçirən Xarəzmşah Cəlaləddin şəhər xalqının müsəlmanlığı qəbul etməsini əmr etdi.
Daha sonra meydana gələn hadisələri Gəncəli Kirakos belə təsvir edir:
"Taciklərin uydurma dinini qəbul edənlər, həqiqəti yalana fəda etdilər. Digərləri vicdan əzabına, ölümü cəsurca tərcih edib şəhadət mərtəbəsinə ulaşdı. Bundan sonra sultan İslamiyyəti qəbul edib-etmədiklərini tədqiqə hacət görmədən onların sünnət olunmasını əmr etdi. Bəzi adamlar onları tutaraq meydanlara gətirdilər. Orada onları qılıncla sünnət etdilər".
Beləcə, həmin xristianların adı "qılınc müsəlman" qaldı. Yəni bu ad, Xarəzmşah Cəlaləddinin əmri ilə Tiflisdə müsəlman olan və qılıncla sünnət edilən xristianlara verilmiş addır.
Qeyd edək ki, orta əsrlərdə tacik deyəndə həm farslar nəzərdə tutulurdu, həm də Moisey Kalankatlunun kitabında da taciklər deyəndə ərəblər nəzərdə tutulur.