Bakıda yaşayış binasında partlayış nəticəsində ölən şəxs polis imiş
    • 2-01-2023, 17:30
    • 591

Bakıda yaşayış binasında partlayış nəticəsində ölən şəxs polis imiş

Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış nəticəsində ölən şəxsin kimliyi məlum olub.

DİN Mətbuat Xidmətindən News24.az- bildirilib ki, partlayışda həyatını itirən polis nəfəri Məhəmməd Babayev olub.

Qeyd edilib ki, polis bölmələrinin birində sürücü vəzifəsində xidmət edib.