Qax sakini meşədə bədbəxt hadisə nəticəsində öldü
    • 3-01-2023, 09:47
    • 298

Qax sakini meşədə bədbəxt hadisə nəticəsində öldü

Qax sakini meşədə bədbəxt hadisə nəticəsində ölüb.

News24.az xəbər verir ki, hadisə rayonun Qaşqaçay kənd inzibati ərazisində meşədə baş verib.

Kənd sakini 1977-ci il təvəllüdlü Elsevər Səməndər oğlu Quliyev meşədə quru ağac kəsən zaman ağac onun üzərinə düşüb. Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarət olan E. Quliyev həyatını dəyişib.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır./apa.az/