Erməni əsirlərlə azərbaycanlı girovların dəyişdirilməsi gündəmdə -VİDEO
    • 21-07-2018, 12:47
    • 1 116

Erməni əsirlərlə azərbaycanlı girovların dəyişdirilməsi gündəmdə -VİDEO

Arsen Baqdasaryan 2014-cü il dekabrin 26-da saat 15 radələrində qoşunların təmas xəttini keçərək Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində piyada əleyhinə minaları Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirib, geri qayıtmaq istəyərkən əsir götürülüb.
Daha bir erməni kəşfiyyatçi karen kazaryan isə bu günlərdə qazax rayonu istiqamətində azərbaycan mövqelərini keçməyə çalışarkən əsir götürülüb. Karen Kazaryan artıq istintaqa ifadə də verib. O, ilkin ifadəsində peşəkar hərbi kəşfiyyatçı olduğunu etiraf edib, məqsədinin Azərbaycanın sərhəd kəndlərində təxribat törətmək olduğunu deyib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova REAL TV-yə dedi ki, erməni əsir Karen Kazaryanla görüş üçün hazırda əlaqədar təşkilatlarla danışıqlar aparırlar. Erməni tərəfi isə Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan bürosu ilə danışıqlara başayıb.

Armen Baqdasaryanın 4 ildir ki, girov götürülmüş azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilməsi ilə bağlı müraciətə məhəl qoymayan Ermənistanın Karen Kazaryanla bağlı mövqeyi bir qədər fərqlidir.

Azərbaycanda saxlanılan iki erməni kəşfiyyatçı olduqlarını, ölkəmizdə cinayət törətmək məqsədlərini etiraf ediblər. Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev isə erməni işğalında olan dədə-baba yurdlarını ziyarət edərkən girov götürülüblər.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanda saxlanılan erməni diversantlarla dəyişdirilməsi istiqamətində işlərin aparıldığı deyilir.