Evdən meyiti tapılan şagirdlə bağlı tükürpədici fakt: Həmin günü...
    • 6-01-2023, 11:58
    • 16 596

Evdən meyiti tapılan şagirdlə bağlı tükürpədici fakt: Həmin günü...

Xəbər verdiyimiz kimi bir Bakıda,Nərimanov rayonunda yerləşən bir mənzildən tapılan 4 meyitdən  biri Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü Allahverdiyev Kamran Xaliq oğludur.

News24.az  xəbər verir ki, hadisə baş verən günü Kamranın doğum günü imiş.

O,doğum gününü dostu Kənanla birgə qeyd etmək məqsədi ilə evdən çıxıb.

O, evdən çıxarkən bu ilin yanvarın 2-dək rayonlara səyahət edəcəyini də ailəsinə bildirib. Lakin həmin gündən sonra ondan xəbər olmayıb. Ehtimal olunur ki,mənzildə qazdan ölən digər şəxslər də onun dostları olub.

Hazırda hadisə ilə bağlı araşdırma davam etdirilir.