-
- 6-01-2023, 14:28
- 470
“Hökumətin minimum əmək pensiyasını 500-600 manat etməyə imkanı yoxdur” - ŞƏRH
Prezident İlham Əliyevə əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflər təqdim ediləcək. Bu, dövlət başçısının imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncamda öz əksini tapb.
Sərəncama əsasən, bununla bağlı Nazirlər Kabinetinə 10 gün vaxt verilib. Məlumat üçün bildirək ki, Azərbaycanda əmək pensiyasının minimum məbləği hazırda 240 manatdır.
İqtisadçı-ekspert Xalid Kərimli qərarla bağlı düşüncələrini News24.az-a bölüşüb.
Onun sözlərinə görə əmək pensiyasının minimum məbləğinin artmasına səbəb infilyasiyadır: “Ötən ilə nəzər salsaq, ölkədə 13-14 faiz infilyasiya hökm sürdü. İnsanların yaşayış minimumundan daha aşağı pensiya alması doğru deyil. Hökumət yaşayış və ehtiyac meyarı haqqında qanun çıxarırsa, bu qanunu 240 manatın üzərində edirsə, pensiya o məbləğdən aşağı ola bilməz.
Həmçinin əhalinin əmək pensiyalarının indeksləşdirilməsi də həyata keçiriləcək. Dəqiq rəqəm Dövlət Statistika Komitəsinin orta aylıq əməkhaqqı ilə bağlı statistik məlumatından sonra məlum olacaq. Əmək pensiyasının indeksləşdirilmə qaydası bundan ibarətdir ki, əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq əmək pensiyaları indeksləşdirilir. Ötən il orta aylıq əməkhaqqının təqribi artımı 14-15 faiz olub. Ancaq dəqiq rəqəmi Dövlət Statisitika Komitəsi yaxın 10 gündə açıqlayacaq. Çox güman ki, bütün pensiyalar 15 faiz artırılacaq”.
Ekspert əlavə edib ki, artımı hökumət büdcə imkanları çərçivəsində edir: “Məsələn, hökumətin bu artımı 500 və ya 600 manat etməyə büdcə imkanı yoxdur. Könül istərdi ki, çox olsun. Çünki bu pensiyalar hər il verilməlidir və hər il artırılmalıdır. Burada dayanıqlı sistem olmalıdır.
Ümumi götürdükdə ölkədə pensiyaların orta səviyyəsi aşağıdır. Ancaq bu, yalnız dövlətlə yox, həm də iqtisadiyyatla bağlı məsələlərdir. Şirkətlərin verdiyi əməkhaqqı ilə əlaqəlidir”.