Meyiti tapılan şəxslərin hamısının adları və ölüm səbəbi AÇIQLANDI
    • 6-01-2023, 17:13
    • 14 352

Meyiti tapılan şəxslərin hamısının adları və ölüm səbəbi AÇIQLANDI

Bakıda meyiti tapılan şəxslərin hamısının adları açıqlanıb.

News24.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindənun sorğusuna cavab olaraq bildirilib ki, Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfər şəxsin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Araşdırma zamanı vəfat edən şəxslərin 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və 2006-cı il təvəllüdlü Kənan Salayev olması müəyyən edilib.

İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib./report.az/