COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı
    • 6-01-2023, 17:38
    • 170

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1242 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 976, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 103, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 116, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 47 nəfərdir