Azərbaycanda müşahidə olunan faktiki hava açıqlandı
    • 8-01-2023, 10:26
    • 273

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlandı

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 8-i saat 09:00-a olan məlumatına əsasən, 7-si axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağıntılı olub, dağlıq və Aran rayonlarında sulu qar, qar yağıb.

Bunu News24.az-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, qar örtüyünün hündürlüyü Qrızda 18 sm, Ləzə, Altıağac, Xaltanda 12 sm, Qubada 8 sm, Qusarda 7 sm, Şəki, Lerikdə 5 sm, Qax, Yardımlı, Şabranda 3 sm, Qobustanda 2 sm, Xınalıq, Qəbələ, Xaçmazda 1 sm qeydə alınıb.

"Düşən yağıntının miqdarı Lənkəran, Astarada 12 mm, Qusarda 11 mm, Altıağac, Qubada 10 mm, Xaltanda 9 mm, Qaxda 6 mm, Qrız, Lerikdə 5 mm, Göytəpə, Yardımlıda 4 mm, Şabran, Göyçay, Şəkidə 3 mm, Sabirabad, Neftçala, Ağdamda 2 mm, Ağdərə, Daşkəsən, Gədəbəy, Göygöl, Xınalıq, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Salyan, Hacıqabul, Biləsuvarda 1 mm, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub".

G.Məmmədovanın sözlərinə görə, şimal-qərb küləyinin sürəti arabir Daşkəsən, Naftalan, Ağdam, Qəbələ, Şəki, Neftçala, Tərtərdə 20 m/s, Mingəçevirdə 19 m/s, İsmayıllı, Hacıqabul, Salyanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.7 metrə çatıb.

"Havanın minimal temperaturu dağlıq rayonlarda 12-16 dərəcə şaxta təşkil edib".