Bakıda dəhşətli hadisədə ölən qızlar bu şirkətdə işləyirmiş – - FOTO

Bakıda dəhşətli hadisədə ölən qızlar bu şirkətdə işləyirmiş – - FOTO Hadisə
Yanvarın 1-də Bakının Heydər Əliyev prospektində “ASK Arena”nın qarşısında 5 nəfərin ölümü ilə nəticələnən qəzada həyatını itirən qızlardan ikisi müəllim imiş.

News24.az-ın əldə etdiyi məlumata görə, Goranboy sakini, 1997-ci il təvəllüdlü Vüqar Abdullayevin sürətlə idarə edərkən aşırdığı avtomobildə ölən qızlardan Aytəkin Allahyarova (1994-cü il təvəllüd) və Könül Namazova (2001-ci il təvəllüd) "Azəri" Hazırlıq Kursunun Gəncə filialının əməkdaşı olub.

Onlar kursda müəllim kimi çalışırmış. Onların fotosunu təqdim edirik.

Qeyd edək ki, dəhşətli qəza 5 gəncin ölümü ilə nəticələnib. 

Hadisə yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobilin qarşı yola çıxaraq "Toyota"ilə toqquşması nəticəsində baş verib. 

Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, onun sərnişinləri - 1994-cü il təvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova və 2001-ci il təvəllüdlü Könül Namazova, həmçinin "Toyota" markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Pərviz Əlizadə həlak olub.

Qəzada ölən V.Abdullayevlə J.Aslanova nişanlı olub. Aytəkin Allahyarova isə Jalə Aslanovanın xalası qızı imiş. Onlar bayramla əlaqədar Gəncədən Bakıya gəzintiyə gəlibmiş.

Taleh BAĞIROV
Bakıda dəhşətli hadisədə ölən qızlar bu şirkətdə işləyirmiş – - FOTO