“Mənim Qarabağım və ya Qarabağ düyünü”nün təqdimat mərasimi keçirildi -FOTO
    • 9-01-2023, 16:34
    • 230

“Mənim Qarabağım və ya Qarabağ düyünü”nün təqdimat mərasimi keçirildi -FOTO

Xəzər Universitetinin rektoru, Fizika-riyaziyyat elmləri doktoru, professor, şair, yazıçı, publisist Hamlet İsaxanlının  “Mənim Qarabağım və ya Qarabağ düyünü” adlı kitabın təqdimat mərasimi keçirilib.

News24.az-ın məlumatına görə, Bakı Yunus Əmrə İnstitutununun və Xəzər Universitetinin təşkilatçılığı ilə keçirilən tədbir Hamlet İsaxanlının 75 illik yubileyinə həsr olunub.

Tədbirdə Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıç, Türkiyə mətbuat nümayəndələri, ictimai xadimlər, mədəniyyət və elm nümayəndələri iştirak edib.

Çıxış edən Selçuk Karakılıç kitabın önəmindən bəhs edib. O bildirib ki, bu kitab Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli mənbə rolunu oynayacaq. Direktor əlavə edib ki, Qarabağ hadisələri haqqında kitabda kifayət qədər geniş və tarixi faktlara əsaslanan məlumatlar var. 

Kitab müəllifin Qarabağ haqqında düşüncələrindən bəhs edir: "Gözəl Qarabağ Azərbaycan və Ermənistan, azərbaycanlı və ermənilər arasında gərginliyə, qarşıdurma meydanına, düşmənçiliyin alovlanmasına və savaşlara səbəb oldu. Bu necə oldu? Niyə belə oldu? Nə durur bu məsələnin kökündə? Çıxılmaz vəziyyət, açılmayan düyün necə əmələ gəldi? Düyünü necə açmaq olar? Bu və bənzər suallar, həmçinin 2020-ci ilin payızında baş verən 2-ci Qarabağ savaşı ətrafında düşüncələr məni bu yazı üzərində işləməyə çağırdı".

Qumral ƏLİYEVA
FOTO: Nicat NİFTƏLİYEV