Ölən polislərdən biri Ramiz Mehdiyevin kürəkəninin qohumudur - FOTO
    • 10-01-2023, 11:20
    • 334

Ölən polislərdən biri Ramiz Mehdiyevin kürəkəninin qohumudur - FOTO

Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında Siyəzəndə iki polis zabiti dəm qazından boğularaq vəfat edib.
 
News24.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, vəfat edən polislərdən biri - 35 yaşlı Elmir Əsgərov AMEA prezidenti Ramiz Mehdiyevin toy qalmaqalına görə həbs olunan kürəkəni İlham Əliyevin (Əli-Səftər) yaxın qohumudur. 
 
Qeyd edək ki, Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov və 36 yaşlı Faiq İsgəndərov kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq ölüblər.
 
Faktla bağlı araşdırma aparılır.