Lerik sakini yük avtomobilinin altında qalaraq öldü
    • 10-01-2023, 22:20
    • 337

Lerik sakini yük avtomobilinin altında qalaraq öldü

Lerikdə ölümlə nətcələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə axşam saatlarında Lənkəran-Lerik yolunda, Lerik rayonunun Piran kəndi ərazisində baş verib.

Yük avtomobili geri hərəkət edərkən Piran kənd sakini – 1959-cu il təvəllüdlü Əliməmməd Ayaz oğlu Məmmədovu vurub. 64 yaşlı kişi avtomobilin altında qalıb. O, ağır xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. /APA/