Qusarda bədbəxt HADİSƏ: hovuza düşən şəxs boğuldu
    • 11-01-2023, 10:01
    • 195

Qusarda bədbəxt HADİSƏ: hovuza düşən şəxs boğuldu

Qusarda hovuza düşən şəxs boğulub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qusar rayonunun İmamqulukənd kəndində 1 nəfərin dərinliyi təqribən 3 metr olan hovuza düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə 1 nəfərin meyitini hovuzdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.