Vilayət Eyvazov onu yenidən rəis təyin etdi

Vilayət Eyvazov onu yenidən rəis təyin etdi Gündəm
Nərimanov rayon Mühafizə İdarəsinə yeni rəis təyin edilib.

News24.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmri ilə polkovnik-leytinant Nasir Babayev sözügedən idarənin rəis müavini vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə o, Nərimanov rayon Mühafizə İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, polkovnik-leytenant Nasir Babayev ötən ilin may ayında Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin rəisi vəzifəsindən azad olunaraq, Nərimanov rayon Mühafizə İdarəsinin rəis müavini təyin edilmişdi./qaynarinfo/