"Mən danışıq ustadıyam, danışanda "ı..." etmirəm" - VİDEO
    • 11-01-2023, 17:16
    • 264

"Mən danışıq ustadıyam, danışanda "ı..." etmirəm" - VİDEO

Xalq artisti Məleykə Əsədova qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində əsəbiləşib.

News24.az  bizim.media-ya istinadən bildirir ki, Samir adlı şəxs efirə çıxaraq aktrisanın pərəstişkarı olduğunu və onu parodiya etdiyini bildirib.
Proqramın gedişatında Samirin sözügedən verilişdə Mələykəni parodiya etdiyi görüntülərini efirdə yayımlanıb.

Həmin kadrları görən Əsədovanın üz ifadəsi 180 dərəcə dəyişib. Aktrisa əsəbi halda "Amma düzgün öyrən. Mən danışıq ustadıyam. Danışanda "ı..." etmirəm. Eybi yox, keçirəm günahından", deyə etiraz edib.

Daha sonra Samir Əsədovanı canlı olaraq parodiya etmək istədiyini dilə gətirəndə Mələykə "Get məşq et, sonra gəl" cavabını verib.
Samir isə Xalq artistinin bu sözlərinə "Baş üstə" deyərək, Mələykə Əsədovadan üzrxahlıq edib.