“Naxçıvanbank”da Vasif Talıbovun qızının yerinə gətirilən Binnət Novruzov kimdir? - DOSYE
    • 12-01-2023, 15:05
    • 310

“Naxçıvanbank”da Vasif Talıbovun qızının yerinə gətirilən Binnət Novruzov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasında dəyişiklik olub və əvvəllər “Rabitəbank” ASC-də baş direktor olan Binnət Novruzov “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının yeni sədri təyin olunub.

News24.az 
xəbər verir ki, 1981-ci ildə anadan olan Novruzov Binnət Yasin oğlu 1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.

2007-2008-ci illərdə “Unibank” ASC-də, 2009-2010-cu illərdə “Bank of Baku” ASC-də çalışıb. 2016-2021-cı illərdə “Rabitəbank” ASC-də Baş direktor olub.

Binnət Novruzov 2021-2022-ci illərdə Dubayda (BƏƏ) fəaliyyət göstərən “SOCAR Overseas Ltd” şirkətində direktor müavini olub.

“Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının yeni sədri hazırda İngiltərnin Mançester Universitetində magistr təhsili alır.

Qeyd edək ki, Binnət Novruzov eyni zamanda “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının 3 üzvündən biridir. Binnət Novruzov Müşahidə Şurası üzvlüyündən azad olunan Baharxanım Talıbovanın yerinə təyin olunub. Baharxanım Talıbova Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin bu yaxınlarda istefa verən sədri Vasif Talıbovun qızıdır./yeniavaz.com