Sülhməramlıların maşınları Laçın yolundan maneəsiz keçib - FOTO
    • 12-01-2023, 22:57
    • 421

Sülhməramlıların maşınları Laçın yolundan maneəsiz keçib - FOTO

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus daha iki avtomobilin (1 minik, 1 yük avtomobili) maneəsiz keçidinə şərait yaradılıb.

Avtomobil Laçından Xankəndiyə keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 32 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir./Trend/