Onları məşhur edən yarışma yenidən başlayır!
    • 13-01-2023, 12:35
    • 450

Onları məşhur edən yarışma yenidən başlayır!

Məşhur “Bakı payızı” yarışması yenidən başlayır.

News24.az xəbər verir ki,  musiqi müsabiqəsi Mədəniyyət TV-də ekrana gələcək.
Bu barədə layihənin sosial media hesabında məlumat verilib. Yarışmaya qeydiyyat üçün məlumatlar da əks olunub.

Qeyd edək ki, ilk dəfə 1988-ci ildə keçirilən “Bakı payızı” müsabiqəsinin qalibi Xalq artisti Aygün Kazımova olub. Layihədə iştirak edən Faiq Ağayev, Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva kimi sənətçilər zamanla fəxri adlara layiq görülüblər. /olay.az