Şakira Pikenin xəyanətindən oxudu - 1 günə 60 milyon baxış
    • 13-01-2023, 13:40
    • 213

Şakira Pikenin xəyanətindən oxudu - 1 günə 60 milyon baxış

Dünya şöhrətli müğənni Şakira yeni mahnısını ona xəyanət edən eks-sevgilisi, "Barselona"nın keçmiş müdafiəçisi Jerar Pikeyə həsr edərək, ona söz atıb.

News24.az  xəbər verir ki, Şakira argentinalı DJ Bizarrap ilə birgə səsyazma studiyasına keçib. 

“Sənin üçün çox yüksəkdəyəm, ona görə də özün kimi birinin yanındasan” sözlərini oxuyan ifaçı onun çıxıb gedəndə qapıda yalnız mətbuat nümayəndələrini və borclarla bağlı qəbzləri qoyduğuna işarə edib. 

"Ferrari"ni "Twingo"ya dəyişdiyini deyən Şakiranın yeni mahnısına yutub platformasında bir gün ərzində 60 milyondan çox baxış gəlib. 

Qeyd edək ki, cütlüyün ayrılmasına səbəb Pikenin ifaçıya xəyanət etməsi olub. Şakira və Pike 11 ildir ki, münasibətdə idilər. Onların iki oğlu var - 9 yaşlı Milan və 7 yaşlı Saşa./Axşam.az