"Bu Xalq artistinin üç toyunda iştirak etmişəm" - Efirdə elə səhv buraxdı ki...
    • 13-01-2023, 15:25
    • 861

"Bu Xalq artistinin üç toyunda iştirak etmişəm" - Efirdə elə səhv buraxdı ki...

Ötən gün Xalq artisti Gülyanaq Məmmədova doğum gününü "Həmin Zaur" verlişində qeyd edib.

News24.az xəbər verir ki,  Xalq artisti efir vasitəsi ilə verlişin aparıcı Zaur Kamala onun üçün belə bir özəl gündə efirə məhz istədiyi sənətçiləri qonaq qismində (xanəndələr Mirələm-Günay cütlüyü, qiraətçi Pünhan və əməkdar artist Cabir Abdullayev) çağırdığı üçün təşəkkürünü bildirib:

"Çox sağolun ki, mənim seçdiyim insanları, ruhuma, qəlbimə, ailəmə doğma, yaxın olan insanları bu gün efirə dəvət etmisiniz". 

Gülyanağın istəyi ilə özəl günündə efirə dəvət alanlar arasında olan Pünhan İsmayıllı söz alaraq "Gülyanağın üç toyunda iştirak etmişəm" deyib.

Xanım sənətçi dərhal Pünhanın sözünə müdaxilə edərək bildirib ki, "Elə bilərlər 3 dəfə ərə getmişəm".

Qiraətçi Xalq artistinin və aparıcının xəbərdarlığından sonra "Gülyanağın 3 yerdə toyunun aparıcısı olmuşam: İsraildə, Moskvada, bir də Bakıda" deyə fikrinə düzəliş edib. /milli.Az