Şəhidin evinə sahibsiz itlər hücum etdi
    • 15-01-2023, 11:16
    • 184

Şəhidin evinə sahibsiz itlər hücum etdi

Qaxda sahibsiz itlər əvvəl ev sahibəsinə, daha sonra isə həyətdəki heyvanlara hücum çəkib.

News24.az-ın məlumatına görə, hadisə rayonun Almalı kənd sakini Bünyadov Asif Nurullah oğlunun həyətində baş verib.

Belə ki, həyətə girən iki quduz it əvvəl onun həyat yoldaşına hücum çəkib. Ev sahibəsi çətinliklə də olsa, xilas olub. Daha sonra isə itlər həyətdəki xırda buynuzlu heyvanlara hücum edərək onlardan ikisini parçalayıb.

Qeyd edək ki, Asif Bünyadov Qarabağ müharibəsi şəhidi Rəvan Bünyadlının atasıdır./qafqazinfo