Velosiped başlarına iş açdı
    • 21-07-2018, 14:07
    • 755

Velosiped başlarına iş açdı

İyulun 20-də saat 5 radələrində Xətai rayonunun M.Hadi küçəsində binaların birinin girişindən 2 ədəd velosipedi oğurlayaraq aradan çıxmağa cəhd edən şəxs ərazidə xidmət aparan 36-cı Polis Bölməsinin və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən yaxalanıb.

News24.az Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, araşdırmalarla onun Bakı şəhər sakini Vaqif Heydər olduğu müəyyən edilib.


Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər ərazisində 2 nəfərin velosipedlərini və 2 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tacir Quliyev saxlanılıb.