İngiltərə hava limanında uran TƏHLÜKƏSİ - Saxlanılan var
    • 16-01-2023, 10:43
    • 139

İngiltərə hava limanında uran TƏHLÜKƏSİ - Saxlanılan var

Londonda Hitrou hava limanında yoxlamalar zamanı aşkar edilən uranla bağlı saxlanılan var. 

News24.az xəbər verir ki, saxlanılan şəxsin 60 yaşlarında bir kişi olduğu açıqlanıb. 

London Polis Xidmətindən verilən açıqlamada Çeşir bölgəsində yaşayan şəxsin "terror cinayətləri" törətməkdə şübhəli bilinərək saxlanıldığı, lakin zaminə buraxıldığı bildirilib.

Şübhəli şəxs radioaktiv cihaz və materialların hazırlanması və saxlanması ilə bağlı qanun çərçivəsində saxlanılıb.

Terrorla mübarizə polisinin rəisi Riçard Smit indiyədək məlum olanlar fonunda insidentin ictimai təhlükəsizliyə heç bir təhlükə törətmədiyini deyib. 

Hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildirən Smit, şübhəlinin yaşadığı evdə axtrarış aparıldığını və təhlükə yarada biləcək hər hansı bir maddənin olmadığını bildirib. 

Sözügedən material Hitrou hava limanında sərhəd qüvvələri tərəfindən metal qırıntılarının içərisində aşkar edilib.

Tərkibində uran olan yük Pakistandan çıxıb və Oman vasitəsilə Londona çatıb. //CNN Türk

Teymur MƏMMƏDOV