-
- 16-01-2023, 12:04
- 2 916
“Rayonlu-şəhərli söhbəti etmək kəndçilikdir!”
“Rayonlu-şəhərli söhbəti etmək kəndçilikdir! Kəndliyəm əsl! Kəndçi isə təbəqələşməyə, ayrı seçkiliyə səbəb olanlardı!”.
News24.az xəbər verir ki, bu sözləri aparıcı Murad Əzimzadə son günlər müzakirələrə səbəb olan Əməkdar artist Bəhram Bağırzadənin fikirlərinə cavab olaraq yazıb.
Bağırzadənin “Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz” fikirlərinə Mir Səməd Cəfərli də reaksiya verib:
“İl oldu 2023, köhnə söhbətlər bitmir ki, bitmir də. Hər dəfə təkrarlanır şəhərli rayonlu mübahisəsi, mən çoxdan burada yaşayıram, sən sonradan gəlmisən, səndə şəhər mədəniyyəti yoxdur və ya çox gözüm atır Bakı üçün, işsizlik olmasa burada nə işimiz var və sairə...
Hamısı dar düşüncədən yaranan boş söhbətlərdir. Onda istanbullu, moskvalı nə desin, Dubayda əvvəldən yaşayan nə desin? Başa düşmürlər ki, şəhər böyüdükcə, inkişaf etdikcə regionlardan olan axın bütün dünya şəhərlərinə xasdır? İnanın indi özünü Bakılı sayan insanların bir çoxunun cəddi əqrəbaları da nə vaxtsa bu şəhərə gələnlərdəndir. Mən rayonlu tanıyıram ki, Bakıya gəlib, öz həyat tərzi, davranışı ilə şəhərlidən qat-qat daha çox mədənidir, sivildir. Belə söhbətlər bütövlüyümüzə, həmrəyliyimizə də kölgə salır, ziyan vurur. Bəhramı 20 ildən çoxdur tanıyıram, belə qızğın rayon şəhər ayrıseçkiliyini təbliğ edən kimi görünməyib heç vaxt, ətrafındakı dostları, incəsənət sahəsində olan insanlar hamısı elə Bakılılardır məgər?”./ olay