-
- 16-01-2023, 12:47
- 441
Cavan Zeynallı xanımının son arzusunu açıqladı
Xalq artisti Cavan Zeynallı dünyasını dəyişən xanımı Röya Zeynallının son vəsiyyətindən danışıb.
News24.az bizim.media-ya istinadla xəbər verir ki, o, Röya xanımın iflicdən vəfat etdiyini açıqlayıb:
"Röyanın dünyadan köçməsi məni çox sarsıtdı. Hələ də özümə gələ bilməmişəm (ağlayır). O, sinir iflicindən dünyasını dəyişdi. İflic isə təzyiqinin yüksək olması səbəbilə baş verdi. Dəhşətli istilərdə, avqustun 14-də onun birdən-birə halı pisləşdi. Hətta əməliyyat da keçirdi. Həkimlər söylədilər ki, əməliyyatdan sonra vəziyyəti yaxşılaşacaq. Amma onların dediyi kimi olmadı. Əksinə səhhəti daha da pisləşdi. 4 xəstəxanada müalicələr aldı. Hər gün gedirdim yanına. Amma bu müalicələr nəticə vermədi".
Cavan Zeynallı xanımının Qusarda, ailə üzvlərinin yanında torpağa tapşırıldığını açıqlayıb:
"Bakıda onun torpağa tapşırılması üçün yer də danışdım. Amma yaxınları söylədilər ki, Röyanın valideynləri və 2 qardaşı Qusarda dəfn olunub. Həyat yoldaşımı da son arzusu olaraq orada dəfn etdik. Çünki həm də yaxınlarının hər dəfə onu məzarını ziyarət etmək üçün Bakıya gəlib-getməkləri çətin olacaqdı. Artıq o torpağa tapşırılıb. Allah rəhmət eləsin".