“Ölkə ərazisində 99 lokal sürüşmə zonası var" - RƏSMİ AÇIQLAMA
    • 17-01-2023, 11:33
    • 195

“Ölkə ərazisində 99 lokal sürüşmə zonası var" - RƏSMİ AÇIQLAMA

“Ölkə ərazisində 99 lokal sürüşmə zonası var. 42-si davamlı monitoqrinqə cəlb edilir. Bayıl, Qaraçuxur, Zığ, Lerik,Lənkəran, Astara, Quba əraziləri aktiv sürüşmə zonasıdır”.

News24.az
xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi mətbuat konfransında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.

O bildirib ki, faktiki olaraq Abşeron yarımadasında vəziyyət stabildir. Bu prosesin tamamilə qarşısını ala bilmərik. Yalnız qoruyucu xarakterli tədbirlər həyata keçirə bilərik.

O əlavə edib ki, Qoruyucu tədbirlər sayəsində sürüşmə dinamikasında azalma var.

Qumral